Gürcüstanda baş verən qəzaya görə Ermənistana qazın verilməsi müvəqqəti olaraq dayandırılıb
Ucnoqta.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.
“Noyabrın 13-ü saat 10:00-dan noyabrın 14-ü saat 22:00-dək “Şimali Qafqaz – Zaqafqaziya” tranzit magistral qaz kəmərinin Qazax-Saquramo (DN 1000) hissəsində qəzalı bərpa işləri aparılacaq. Gürcüstan ərazisində, bununla əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılıb”, - açıqlamada bildirilir.
Həmçinin qeyd olunur ki, bu müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikanın istehlakçılarının qazla fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz təmin olunacaq.