Volodimir Zelenski Rusiyanın aviasiya infrastrukturunun fəaliyyətini təmin edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib. Xüsusilə, Domodedovo və Şeremetyevo hava limanlarının xidmət şöbələri məhdudiyyətlərə məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, Zelenskinin saytında dərc olunan fərmana əsasən, aşağıdakı şirkətlər sanksiyalara məruz qalır: "Domodedovo Airport Handling", "Sheremetyevo Handling", "Gazpromneft-Aero Sheremetyevo", "Sheremetyevo VIP və "Şeremetyevo Yanacaq Kompleksi".
Bundan əlavə, sanksiya siyahısına “Aeroflot Technologies”, “Novaport Trading”, “Qazpromneft-Aero”, “Uzaq Şərq Hava Limanları”, həmçinin Omsk və Arxangelsk yanacaq və yanacaqdoldurma kompleksləri daxildir.
Ümumilikdə sənəddə 63 hüquqi şəxs var. Onlara qarşı məhdudiyyətlər 10 il müddətinə müəyyən edilir.