Ekvadorun Quayakil şəhərindəki həbsxanada iğtişaşlar nəticəsində 10-a yaxın məhbus həlak olub, bir o qədər də yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ecuavisa telekanalı məlumat yayıb.
Məlumata görə, El Litoral həbsxanasının yanında yerləşən evlərin sakinləri partlayış və atışma səsləri eşidiblər.
Baş verənlərlə bağlı hələlik rəsmi məlumat yoxdur.