“Hər gün o dünya barədə fikirləşirəm”

17:59 - 7 Noyabr 2024 - Cəmiyyət

Hər gün o dünya barədə fikirləşirəm.

Ucnoqta.az apa-ya istinadla xəbər verir ki, bunu Xalq artisti Məbud Məhərrəmov deyib.

AzTV-nin “Yaşıl eynəkli adam” teletamaşasında “Tabutik”, yaxud “Qarib muellim” kimi yadda qalmış aktyor obrazı haqqında danışıb:

"Qərib müəllim, əslində, mənfi obrazdır. Yəqin aktyor xarizması, obrazın öz xüsusiyyətləri tamaşaçını cəlb etdi. Bəzən cavanlar mənə deyir ki, “Yaşıl eynəkli adam” çəkiləndə biz anadan olmamışdıq, amma sizi o filmdən tanıyırıq və sevirik".

M. Məhərrəmov əlavə edib: “Memento mori” latın dilində bir ifadədir. “Ölümünü xatırla” deməkdir. “Həmişə ölümü yadda saxla. Onda hər kəsin həyatında bir məna yaranacaq”. Dostum, Rus Dram Teatrının müəlliflərindən biri, Əməkdar mədəniyyət işçisi Vladimir Neverova dedim ki, Əzrailin monoloqunu yaz. Bu cümlələr də ordandır".

Xəbər xətti