İsrailə məxsus pilotsuz təyyarənin Sayda şəhərinin girişində ordunun nəzarət-buraxılış məntəqəsi yaxınlığında hücumu nəticəsində BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin iki üzvü yüngül xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, Al Jadeed telekanalının verdiyi məlumata görə, Malayziya kontingentinin sülhməramlılarına yerindəcə kömək göstərilib. Xəsarət alanlar arasında Beyrut Beynəlxalq Hava Limanından “Mavi Dəbilqəlilər”in qərargahının yerləşdiyi Ras əl-Naqouraya gedən hərbi qulluqçuların olduğu BMT avtobusunun sürücüsü də var.
Hava hücumu nəticəsində "Hizbullah"a aid bir avtomobil məhv edildi.