İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 219-a çatıb, qurbanların böyük əksəriyyəti ölkənin şərqindəki Valensiya muxtar icmasında qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cadena SER radiostansiyası məlumat yayıb.
Məlumata görə, itkin düşənlərin sayı 93-ə çatıb. Eyni zamanda, hakimiyyət təbii fəlakət nəticəsində ölənlərdən 54-nün hələ də şəxsiyyətinin müəyyən edilmədiyini dəqiqləşdirir.
Bundan əvvəl 217 nəfərin öldüyü, 89 nəfərin itkin düşdüyü bildirilirdi.