Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.