İtaliyanın hüquq-mühafizə orqanları Lamezia Termedə (Kalabriya bölgəsi) keçirilən “Ndrangheta” mafiya qruplaşmasına qarşı əməliyyat zamanı 59 nəfəri saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər digər məsələlərlə yanaşı, qanunsuz narkotik və silah dövriyyəsində şübhəli bilinirlər.
“Ndrangheta” Cənubi Amerikadan Avropaya kokainin tədarükünə nəzarət edən ən güclü cinayətkar qrup hesab olunur.