Yaxın gələcəkdə günəş aktivliyinin artması gözlənilir.
Ucnoqta.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi 7-9 noyabr tarixləri üçün günəş və geomaqnit aktivliyinin proqnozunu dərc edib.
Noyabrın 7-də günəş aktivliyi K-indeksi 5 (qırmızı səviyyə) ilə gözlənilir ki, bu da meteohəssas insanların səhhətinə təsir edə biləcək maqnit qasırğasına uyğundur. Noyabrın 8 və 9-da cümə və şənbə günləri fırtına bir qədər azalacaq - K-indeksi 4-ə (sarı səviyyə) qədər.