Livanın cənubunda İsrailə raket hücumlarına görə məsul olan "Hizbullah" qruplaşmasının regional komandiri məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri Əl-Xiyam sərhəd bölgəsində Hizbullah qüvvələrinin komandiri Hüseyn Əbdül-Həlim Hərbi məhv edib.
Məlumata görə, o, Qalileyada məskunlaşan ərazilərə, xüsusən Metula bölgəsinə çoxsaylı raket hücumlarına cavabdeh olub.