Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı başlayıb.
Ucnoqta.az xəbər verir ki, toplantı mövzusu “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” olan on birinci TDT Sammiti öncəsi keçirilir.
Ölkə liderləri TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə edəcək, Təşkilatın cari gündəliyində duran cari məsələlər üzrə qərarlar qəbul edəcək, həmçinin bir sıra çoxtərəfli sənədləri, o cümlədən Sammitin yekun Bəyannaməsini imzalayacaqlar.
Sammitdən sonra 2025-ci il üçün Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızıstan Respublikasına keçəcək.