İsrailin yeni müdafiə və xarici işlər nazirləri noyabrın 7-də təsdiqlənəcək - KİV

00:23 - 6 Noyabr 2024 - DÜNYA

İsrail Katzın İsrailin müdafiə naziri, Gideon Saarın isə xarici işlər naziri təyin edilməsi noyabrın 7-də İsrail hökumətinin təsdiqinə təqdim ediləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Qeyd edək ki, çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu Qalantı müdafiə naziri vəzifəsindən azad etmək qərarına gəldiyini bildirib.

Xəbər xətti