Dövlətə xəyanətdə ittiham olunan Nəzakət Məmmədovaya HÖKM OXUNDU

22:00 - 5 Noyabr 2024 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova hökm oxunub.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, dövlətə xəyanət ittiham olunan siyasi şərhçiyə 13 il həbs cəzası verilib.
Nəzakət Məmmədova Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda etməkdə ittiham olunur. İttihama görə, o, “jurnalist” və “siyasi şərhçi” adı altında Rusiyanın maraqlarına xidmət edib. 

O, ötən ilin oktyabr ayında saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Xəbər xətti