Braziliya çempionatında keçirilən futbol matçı zamanı azarkeşlər stadiona donuz başı atıblar
Ucnoqta.az xəbər verir ki, Braziliya çempionatının "Korintians" - "Palmeyras" matçında insident yaşanıb. Belə ki, oyunun 37-ci dəqiqəsində azarkeşlər meydançaya kəsilmiş donuz başı atıblar. Oyunçulardan Yuri Alberto az zədələnməkdən son anda xilas olub.
Qeyd edək ki, oyun 2:0 "Korintians"in qələbəsi ilə yekunlaşıb.