Seysmoloqlar Severo-Kurilsk şəhərindən 646 km məsafədə 5,6 maqnitudalı zəlzələ qeydə alıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Mərkəzin məlumatına görə, zəlzələnin ocağı 592 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.