Rusiya Qvardiyasının maddi-texniki təminat üzrə rəis müavini, general-mayor Mirzə Mirzəyev müvəqqəti saxlama təcridxanasında saxlanma şəraitindən şikayətlənib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, general təcridxanada ona “heyvandan da pis” davranıldığını iddia edib.
Mirzəyev Petrovkadakı 1 saylı müvəqqəti saxlama təcridxanasının əməkdaşlarının ona qarşı kobud davranmasından və şəxsi əşyalarına ziyan vurmasından şikayətlənib. Məlumata görə, general-mayor hazırda paytaxtın 4 saylı “Ayı” istintaq təcridxanasındadır və burada saxlanma şəraitindən və kamera yoldaşlarından razıdır.
Mirzəyev İctimai Nəzarət Komitəsinin əməkdaşları ilə söhbətində Moskvaya yeni vəzifə üçün çox yaxınlarda köçdüyünü, lakin burada, dərhal saxlanıldığından şikayətlənib.