Valensiya Muxtar İcmasının hökuməti İspaniyanın mərkəzi hökumətindən daşqınların nəticələrinin öhdəsindən gəlmək üçün 31 milyard avrodan çox yardım paketi istəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanlarının press-relizində deyilir.
Məlumata görə, Valensiya Nazirlər Kabineti 31.402 milyard avro dəyərində qiymətləndirilən ilk paket üçün İspaniya hökumətinə sorğu ilə razılaşıb.
Xüsusilə, regional hakimiyyət muxtariyyətin bərpasına və fəlakətin nəticələrinin yumşaldılmasına yönəlmiş 136 tədbir təklif edib.
Belə ki, paket daşqınlardan zərər çəkmiş şəxslərə, o cümlədən nəqliyyat vasitələrinin alınması üçün vəsaitin ayrılmasını, eləcə də regionda infrastrukturun bərpasına köməklik göstərilməsini nəzərdə tutur.