Ermənistan Azərbaycana sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketi göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə respublikanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan məlumat verib.
“Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfdən cavab gözləyirik”, - o qeyd edib.