Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ANEWZ beynəlxalq televiziya kanalını fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi özünün "X" hesabında yazıb.
O, kanala qlobal məsələlərə regional fokusla alternativ perspektivlər, xəbər və məlumat mənbəyi təmin etmək səylərində uğurlar arzulayıb.
"Kanal öz peşəkar komandası və rəqəmsal platformaları ilə bir çox rəqabət üstünlüklərinə malikdir", - deyə Hikmət Hacıyev paylaşımında vurğulayıb.
I wish @Anewz_tv team all the success in their endeavors to provide alternative perspectives, source of news and information on global affairs with regional focus. The channel with its professional team and digital platforms has a lot of competitive advantageous.
Live Tv via… — Hikmet Hajiyev (@HikmetHajiyev) November 4, 2024