Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə ötən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb.
Məlumata görə, Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub.
Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.