Yaponiyanın "Tohoku Electric Power" operatoru Miyaqi prefekturasındakı Onaqava atom elektrik stansiyasının oktyabrın 29-da yenidən işə salınan ikinci enerji blokunu yoxlama üçün bağladığını bildirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, noyabrın 3-də stansiyada elektrik enerjisinin istehsalına başlanılması nəzərdə tutulsa da, avadanlıqlarda problem yarandığından prosesə start verilməyib.
Nəticədə zavodun operatoru reaktoru bağlamaq qərarına gəlib. Stansiya mütəxəssisləri tezliklə yoxlamaya başlayacaqlar.
Onaqava atom elektrik stansiyasındakı ikinci reaktorun nə vaxt yenidən işə salınacağı barədə hələlik heç bir məlumat yoxdur.