"Nəzarətsiz və həkim xəbəri olmadan istifadə edilən qan durulaşdırıcılar gizli qanaxma və anemiyaya səbəb ola bilər"
Ucnoqta.az xəbər verir ki, Türkiyə Hematologiya Dərnəyinin baş katibi Prof. Dr. Özgür Mehtap bəzi xəstəliklərin, xüsusən də damar tutulmasının müalicəsində istifadə edilən qan durulaşdırıcıların qanaxma riskini artıra biləcəyini bildirir.
Özgür Mehtap AA-ya verdiyi açıqlamada, damarların laxtalanma ilə tıxanmasının tibbdə "tromboz" olaraq təyin edildiyini deyib.
Mehtap dünyada ölümlərin yüzdə 25-nin bu vəziyyətin səbəb olduğunu vurğulayır.
"Ürək damarlarında damar tutulması yarandıqda infarkt, beyin damarlarında meydana gəldikdə insult, ağciyət damarlarında olduqda (emboliya) tənəffüs çatışmazlığı meydana gəlir. Bu vəziyyətlər bəzən ölümlə, bəzən də daimi orqan disfunksiyası ilə nəticələnir" – mütəxəssis xəbərdarlıq edib.
Düzgün olmayan qidalanma vərdişləri, piylənmə, hərəkətsizlik, siqaret çəkmə kimi ətraf mühit faktorlarının, anadangəlmə və ya genetik meyl pozğunluqlarının da riski artıran digər amillər olduğunu qeyd edib.
Prof. Dr. Mehtap əlavə etdi ki, qan durulaşdırıcı müalicələr xəstəliyə tutulma riski yüksək olan insanlara profilaktik olaraq tətbiq edilir.
Hansı insanlara, hansı müddətə və hansı növ qan durulaşdırıcı dərmanlara başlanılacağı həkimin qərarı ilə müəyyən edilməlidir. Bu səbəblərə görə insanlar bu cür dərmanlardan özbaşına istifadə etməməlidirlər.
Damar tutulmasıının qarşısının alınmasında fiziki fəaliyyətin əhəmiyyətinə diqqət çəkən Mehtap, “Ən əhəmiyyətli və asan əldə edilə bilən müalicə aktiv olmaqdır.
Gündə ən azı 5000-6000 addım atmaq, oturaraq işləyərkən hər 2 saatdan bir ayağa qalxıb 5-10 dəqiqə hərəkət etmək, əvvəllər damar tutulmasından əziyyət çəkənlər üçün kompression corab geyinmək kimi sadə təkliflər həyat xilas edir”. dedi.
Mehtap, piylənmə, siqaret, karbohidrat və heyvan yağlarına əsaslanan pəhriz kimi faktorları aradan qaldıracaq həyat tərzi dəyişikliklərinin həyati əhəmiyyət daşıdığını da vurğuladı.