İran parlamenti qərar verdi: İsrailə güclü zərbə endiriləcək

14:33 - 2 Noyabr 2024 - DÜNYA

İranın Ali Milli Təhlükəsizlik Şurası oktyabrın 26-da İslam Respublikasında hədəflərə edilən hücuma İsrailə hərbi cavab vermək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bunu İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmail Kosari deyib.
O, həmçinin qeyd edib ki, İranın İsrailin zərbəsinə hərbi cavabı bütün əvvəlkilərdən qat-qat güclü olacaq və Müqavimət Oxunun qüvvələrinin iştirakı ilə həyata keçiriləcək.

"Bölgədəki müqavimət qrupları sionist rejimə cavab vermək üçün silahlı qüvvələrimizlə birləşəcək. Ola bilsin ki, əməliyyatdan əvvəl Müqavimət Oxunun üzvlərinin öz fikirləri var.
 Beləliklə, İranın sionist rejimə hərbi cavabı mütləq müqavimət qüvvələri ilə birgə həyata keçiriləcək”, - Kosari “Didban Iran” portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu cavab oktyabrın 1-də İranın İsrailə raket hücumu olan “Əsl vəd 2" əməliyyatından daha güclü olacaq”.

Xəbər xətti