Seçki pozuntusu ilə bağlı 81 fakt prokurorluğa təqdim ediləcək

12:28 - 1 Noyabr 2024 - DÜNYA

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası son parlament seçkilərində müxalifət tərəfdarlarının səsverməsinə mane olan 81 faktı Baş Prokurorluğa təqdim edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib.

“Dünən mən jurnalistlərə və ictimaiyyətə söz vermişdim ki, Milli Hərəkat klasterinin nümayəndələrinin “Gürcü Arzusu”ndan necə səs oğurlaması ilə bağlı konkret faktlar təqdim edəcəyəm. Bizdə təsdiqlənmiş 81 fakt var və biz onları bu gün Gürcüstan prokurorluğuna təqdim edəcəyik. Onlar sübut təqdim edə bilmədiklərinə görə, biz təqdim edəcəyik”, - Mdinaradze brifinqdə deyib.

Xəbər xətti