Çinin şərqindəki Zhejiang əyalətinin səlahiyyətliləri bir gün əvvəl Tayvan adasını vuran "Konq Rey" tayfunu səbəbindən potensial təhlükəli sahil bölgələrindən 280 mindən çox insanı təxliyə etmək məcburiyyətində qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə əyalət fövqəladə hallar idarəsinin məlumatında deyilir.
Sakinlərin təxliyəsi işlərinə oktyabrın 28-də başlanılıb. Vilayətin fövqəladə hallar xidmətləri də güclü yağış və külək fırtınalarından sığınacaq təmin etmək üçün 10 mindən çox təhlükəsiz sığınacaq yaradıb.
Tropik fırtına kimi təsnif edilən Konq Rey Vençjou şəhəri yaxınlığındakı Zhejiang əyalətinin sahilyanı ərazilərinə yaxınlaşıb.
Onun mərkəzi hissəsində küləyin sürəti 23 m/s-dir.