Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il noyabrın 5-də Qırğızıstana dövlət səfərinə gələcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 5-də Qırğızıstan Respublikasına dövlət səfərinə gələcək.
Azımbakiyevin sözlərinə görə, Ərdoğanın Bişkek səfəri çərçivəsində Qırğızıstan və Türkiyə dövlət başçıları arasında məhdud tərkibdə danışıqların keçirilməsi, həmçinin prezidentlərin sədrliyi ilə Strateji Əməkdaşlıq üzrə Ali Şurasının 6-cı iclasının keçirilməsi planlaşdırılır. Tərəflər “Qırğızıstan-Türkiyə qarşılıqlı fəaliyyətinin geniş spektrini” müzakirə edəcəklər.