Bu qida və içkiləri ağzınıza belə qoymayın - infarkt yaradır...

05:51 - 1 Noyabr 2024 - DİGƏR

Qeyri-sağlam qidalanma ürək xəstəliklərinə yol açır. Ürək xəstəliyi olanlar və risk qrupunda olanlar qablaşdırılmış qidalardan və şəkərli içkilərdən uzaq durmalıdırlar.
Bəs ürək sağlamlığına zərər verən qidalar hansılardır? Ürək böhranına səbəb olan qida və içkilər varmı? 

Ucnoqta.az xəbər verir ki, ürək böhranlarının məkrli bir şəkildə irəlilədiyini söyləyən kardioloq Dr. Emrah Özdemir qadınlara xəbərdarlıq edib.

 “Menopozdan sonra ürək xəstəliklərində artım var. Xüsusilə də erkən menopauza daxil olan qadınlar müayinələrini laqeyd qoymamalıdırlar” – Özdemir deyib. Emrah Özdemir ailəsində infarkt öyküsü olanların, siqaret çəkənlərin, şəkər xəstələrinin, yüksək xolesterol və piylənmənin 40 yaşdan sonra risk qrupunda olduğunu bildirib.

Gündə birdən çox yumurta yeməyin. Kərə yağından başqa yeməklərdə zeytun yağından istifadə edin.
Ailəsində şəkərli diabet və ya piylənmə olanlar qlükoza və karbohidrat qəbulunu məhdudlaşdırmalıdırlar. Qəfil insulin ifrazına səbəb olan glisemik indeksi yüksək olan (qəfildən şəkəri yüksəldən) desertlərdən, şəkəri yüksək olan düyü və ağ çörəkdən uzaq durun.

Fast food və turşulu içkilər kimi hazır qidalardan istifadə etməyin. Unutmayın ki, bir kola bir ovuc şəkərə bərabərdir.
Gündə 2 dəfə yemək yeməyə əmin olun. Əgər sizdə yüksək təzyiq varsa və ya ailənizdə yüksək təzyiq varsa, gündə 6 qramdan çox duz qəbul etməyin.
İdmanı həyatınızın mərkəzinə qoyun. Həftədə 5 gün yarım saat gəzmək, üzmək və velosiped sürmək. Siqaret və spirtli içkilərdən uzaq durun.

Xəbər xətti