Goranboyda iki nəfər dəm qazına zəhərlənib.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Kəlbəcər rayon sakinləri, 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı 1960-cı il təvəllüdlü Əkbərova Ayidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs hadisə yerində ölüb.///apa