Ağadadaş Ağayevin həbsi tələb olundu

15:42 - 31 Oktyabr 2024 - Xəbər

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ucnoqta.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti iştirak etməyib.

Zərərçəkən şəxs Nurəddin Cəlilovun nümayəndəsi vəsatət verərək Ağdadaş Ağayevin həbs edilməsini tələb edib. Hakim vəsatəti təmin etməyib.

Növbəti proses oktyabrın 14-də keçiriləcək.

Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti ilə mühafizəçi Nurəddin Cəlilov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinirlər.

Xəbər xətti