İspaniyanın müdafiə naziri Marqarita Robles ölkənin şərqində daşqınlar və yağışlar nəticəsində çoxlu sayda insanın itkin düşdüyünü bildirib.
Ucnoqta.az xəbər verir ki, nazir bu barədə Telecinco telekanalına müsahibəsində deyib.
“İtkin düşənlərə gəlincə, biz hələlik məlumatları dəqiqləşdirə bilmərik. İtkin düşənlər çoxdur” - Robles bildirib.
Valensiyada daşqınlar nəticəsində 92 nəfər ölüb, lakin itkin düşənlərin axtarışı hələ də davam edir. İspaniyanın digər bölgələrində 3 nəfər pis havanın qurbanı olub.
Ölkə hakimiyyəti fırtınada həlak olanlar üçün oktyabrın 31-dən noyabrın 2-dək matəm elan edib.
Oktyabrın 31-də ölkənin bəzi bölgələrində, o cümlədən Valensiyada hava ilə bağlı xəbərdarlıq qüvvədə qalacaq.