“Konq Ray” super tayfunun yaxınlaşması səbəbindən Tayvanda ən azı 506 reys təxirə salınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın təbii fəlakətlərin aradan qaldırılması üzrə qərargahı məlumat yayıb.
Məlumata görə, ləğv edilən 229 daxili reysdən daha 277-si materik Çin şəhərlərinə, eləcə də dünyanın digər ölkə və regionlarına olub.
Bundan başqa, 11 marşrut üzrə 139 bərə reysi ləğv edilib.
Super Tayfun bir neçə saat ərzində Tayvanın şərq sahillərini vuracaq.
Onun daxilində küləyin sürəti 63 m/s-ə çatır.