Şimali Koreyanın ballistik raket buraxması ABŞ və onun müttəfiqləri üçün birbaşa təhlükə yaratmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığı məlumat yayıb.
“Biz KXDR-nin ballistik raket buraxılışından xəbərdarıq və Koreya Respublikası və Yaponiya, eləcə də digər regional müttəfiqlər və tərəfdaşlarla sıx məsləhətləşmələr aparırıq. Bu hadisəni ABŞ personalı, vətənimiz və ya müttəfiqlərimiz üçün birbaşa təhlükə kimi qiymətləndirməsək də, vəziyyəti izləməyə davam edəcəyik”, - açıqlamada deyilir.
Komandanlıq qeyd edib ki, ABŞ-ın Koreya Respublikası və Yaponiyanın müdafiəsi ilə bağlı öhdəliyi dəyişməz olaraq qalır.