Almaniyanın Tehrandakı səfiri Markus Potzel çərşənbə günü səhər İranı tərk edib və İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarməhdin İslam Respublikasında edam edilməsi ilə bağlı məsləhətləşmələr aparmaq üçün Berlinə gedir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Berlində keçirdiyi brifinqdə bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi çərşənbə axşamı İran tərəfi ilə bir sıra təcili danışıqlar aparıldığını vurğulayıb.