Valensiyada leysan yağışların daşqınlara səbəb olması nəticəsində azı 50 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC qəzeti polisdəki mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl 13 nəfərin öldüyü barədə məlumat yayılmışdı.
Albasetedə də itkin düşən 6 nəfərin axtarışı davam etdirilir.
Fırtına həmçinin qatarların hərəkətini dayandırıb və reysləri ləğv edib.
Hazırda hərbçilərin cəlb olunduğu ərazilərdə xilasetmə işləri aparılır.