Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edildi

11:27 - 30 Oktyabr 2024 - HADİSƏ

Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Ucnoqta.az-a DİN-dən verilən məlumata görə, Cəlilabad rayon sakini M.Amanov idarə etdiyi “Tofaş" markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün yol polisləri tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü M.Amanov 15 sutka inzibati qaydada həbs edilib.

Xəbər xətti