Bakıda dələduzluqda şübhəli bilinən iki nəfər saxlanılıb

11:00 - 30 Oktyabr 2024 - HADİSƏ

Bakının Nəsimi rayonu ərazisində bir nəfər 18 400, digəri isə 100 manat dələduzluqda şübhəli bilinir.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərində şübhəli bilinən 26 yaşlı S.Əsədzadə və 27 yaşlı K.Bayramov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər xətti