İspaniyada daşqınlar nəticəsində 7 nəfər itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Guardian yazıb.
Sular azaldıqdan sonra xilasedicilər bir neçə cəsəd aşkar ediblər.
İspaniyanın Valensiya şəhərində yağan yağışlar səbəbindən dəmir yolu və magistral yolları su basıb, bölgədə sürətli qatarların hərəkəti dayandırılıb.
Əndəlüsdə 276 sərnişini daşıyan sürət qatarı təbii fəlakət nəticəsində relsdən çıxıb, xəsarət alan olmayıb.
Təbii fəlakət fonunda İspaniyanın dövlət meteoroloji agentliyi AEMET Valensiyada qırmızı, Əndəlüsün bəzi yerlərində narıncı həyəcan siqnalı verib.
Bundan əvvəl Fransanın cənub-şərqində daşqınlardan əvvəl təxminən 2 min insan təxliyə edilmişdi. Yanğınsöndürmə və Xilasetmə Xidməti təbii fəlakətə hazırlıqla bağlı 70 əməliyyat həyata keçirib.