Fransız həkim, əczaçı və astroloq Nostradamus və bolqar görücü Vanqanın 2025-ci il üçün proqnozları açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, ölümcül müharibə və yoluxucu xəstəliklər kimi bir çox problemin yer aldığı siyahı sosial mediada trend mövzusu olub.
Öncəgörmələrinin dəfələrlə gerçəkləşməsi ilə hər yeni ildə gündəmə gələn Nostradamus və Vanqa sosial mediada, xüsusilə X üzərindən çox danışılıb.
1996-cı il avqustun 11-də Bolqarıstanın paytaxtı Sofiyada dünyasını dəyişən Vanqanın da Trampın sui-qəsddən xəbəri var. 1566-cı ildə Fransada vəfat edən görücü Nostradamus II Henrinin at belində döyüşərkən qəza nəticəsində ölməsi, Böyük London yanğını, Fransa İnqilabı, İkinci Dünya Müharibəsi və Hitler problemi də daxil olmaqla bir çox şeyi proqnozlaşdırmışdı.
Vanqa və Nostradamus 2025-ci ildə Avropada ölümcül müharibə proqnozlaşdırdıqları iddiası ilə indi gündəmdədir.
Dailymail Nostradamusdan sitat gətirir ki, Avropa ölümcül müharibələrə cəlb olunacaq və “köhnə vəba düşmənlərdən də pis olacaq”. Həmçinin öz səhifəsində İran və İsrail arasında gərginliyin artması ilə əlaqədar Vanqanın 3-cü Dünya Müharibəsini proqnozlaşdırdığını da paylaşıb.
Eyni xəbərə görə, 1996-cı ildə vəfat edən Vanqa 2025-ci ildə Avropada münaqişə olacağından narahat olub və bunun qitə xalqını “dağıdacağını” proqnozlaşdırıb.
Vanqa və Nostradamus sui-qəsd nəzəriyyəçiləri arasında populyarlaşdılar, çünki onların bəzi proqnozları doğru çıxdı.