Bayden Gürcüstandakı seçki pozuntularının araşdırılmasını istəyir

00:06 - 30 Oktyabr 2024 - DÜNYA

 ABŞ prezidenti Co Bayden Gürcüstanda keçirilən parlament seçkilərində baş verdiyi iddia edilən pozuntuların araşdırılmasını zəruri hesab edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Biz Gürcüstan hakimiyyətini seçkilər zamanı bütün pozuntuların şəffaf araşdırılmasına, toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran “Xarici təsirin şəffaflığı” da daxil olmaqla qanunları ləğv etməyə və hamı ilə dərhal inklüziv dialoqa başlamağa çağırırıq”, - mətndə deyilir.

Bayden bildirib ki, son parlament seçkiləri zamanı guya inzibati resurslardan sui-istifadə, seçicilərin hədə-qorxusuna və zorakılığa məruz qalma halları olub.
O, həmçinin hesab edir ki, Gürcüstan qanunvericiliyi, xüsusən də yuxarıda adı çəkilən “Xarici təsirin şəffaflığı haqqında” qanun əsas azadlıqları məhdudlaşdırır.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Vaşinqton Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avro-Atlantik istəklərini dəstəkləməyə davam edəcək.

Xəbər xətti