İsrailin hava hücumları nəticəsində Livanda 77 nəfər həlak olub

00:01 - 30 Oktyabr 2024 - DÜNYA

Livanın Səhiyyə Nazirliyi yanında Təcili Əməliyyatlar Mərkəzi gün ərzində İsrailin hava qüvvələrinin ölkənin cənubundakı Nəbatiyyə, Səidə və Tire əyalətlərində, eləcə də ölkənin şərqində yaşayış məntəqələrinə təşkil etdiyi reydlər zamanı ölən və yaralananlar barədə məlumat verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin X-də dərc olunan hesabatda deyilir.

Bildirilir ki, son sutka ərzində İsrail təyyarələri Livan ərazisinə 138 zərbə endirib. Nəticədə 77 nəfər İsrail bombardmanlarının qurbanı olub, daha 180 nəfər yaralanıb.

Xəbər xətti