Britaniyada üç qızı öldürən yeniyetmə terrorda ittiham olunur

20:42 - 29 Oktyabr 2024 - DÜNYA

Britaniya hüquq-mühafizə orqanları Aksel Rudakubaneni Sautport şəhərində üç qızın qətlində terrorda ittiham edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News Mersisayd polis rəisi Serena Kennediyə istinadən məlumat yayıb.

İyulun 29-da Sautportda Ruanda əsilli 17 yaşlı Aksel Rudakubana uşaq rəqsi seminarı zamanı bıçaqla üç qıza hücum edib.
Hücum nəticəsində daha 8 uşaq və iki böyük yaralanıb. Hücum edən şəxs saxlanılıb.

O, əvvəlcə 3 qətl və 10 adam öldürməyə cəhddə ittiham olunub.

Xəbər xətti