Generalın iddiası rədd edildi

18:26 - 29 Oktyabr 2024 - Xəbər

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəsinin iddiası təmin edilməyib. 

Qaynarinfo-nun məlumatına görə, general-mayor Sadiq Abduyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsi barəsində Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. 

İşin mahiyyəti əmək məsələləri ilə bağlı mübahisələrdən ibarət olub. 

Hakim Ləman Musayevin sədrliyi ilə generalın iddiasına baxılıb. Yekun qərar olaraq generalın qaldırdığı məsələyə görə müddət ötdüyündən iddiası təmin edilməyib. 

Qeyd edək ki, 2018-ci ilin may ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi Sadiq Abduyev Bakı Beynəlxalq Hava Limanında  keçirilən "dərman əməliyyatı"na görə vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Xəbər xətti