Reper və prodüser P.Diddiyə (əsl adı Şon Kombs) qarşı yeni mülki iddialar qaldırılıb, onu yetkinlik yaşına çatmayanlara cinsi təcavüzdə ittiham ediblər.
Ucnota.az xəbər verir ki, bu barədə Associated Press agentliyi iş materiallarına istinadən məlumat yayıb.
İddiaların birində hadisə baş verən zaman 10 yaşı olan şəxs iddia edir ki, 2005-ci ildə dinləmə zamanı reper ona narkotik tərkibli soda verib və ona cinsi təcavüz edib.
İddiada deyilir ki, Kombs eyni zamanda uşağı baş verənlər barədə kiməsə desə, valideynlərinə ciddi xəsarət yetirəcəyi ilə hədələyib.
İkinci iddianı ona qarşı qanunsuz hərəkətlər edən zaman 17 yaşı olan şəxs qaldırıb.
O, iddia edir ki, Kombs 2008-ci ildə reperin prodüseri olduğu "Making the Band" televiziya şousunun dinləmələri zamanı onu cinsi hərəkətlərə məcbur edib.
İcraçının vəkilləri iddialarda yer alan ifadələri təkzib ediblər.