Gürcüstan ikinci Ukrayna olmaq istəmədi, Rusiya ilə sülhü seçdi və bu ölkənin xalqı oktyabrın 26-da keçirilən parlament seçkilərində Avropa İttifaqı rəhbərliyinin çox xoşuna gəlməsə də, dəqiq qərar verdi.
Ucnoqta.az xəbər verir ki, bu fikri Tbilisiyə səfəri zamanı hökumət başçısı Viktor Orbanı müşayiət edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Brüsseldə Gürcüstanın ikinci Ukrayna olmasını istəyən çox adam var, lakin Gürcüstan xalqı bununla razılaşmadı. Əgər Gürcüstan ikinci Ukrayna olsa, bu, itirilmiş müharibə, yüz minlərlə ölüm və milyonlarla qaçqın demək olardı, çünki Ukraynada müharibə məhz bu deməkdir”, - XİN rəhbəri Macarıstan televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki Gürcüstan ikinci Ukrayna olmaq istəmirdi və gürcülər Brüsselə böyük ağrı versə də, bu məsələdə dəqiq qərar verdilər.