Almaniya səfirini Tehrandan geri çağırıb

14:22 - 29 Oktyabr 2024 - DÜNYA

Almaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini azad edib və Almaniyanın Tehrandakı səfirini də məsləhətləşmələr üçün geri çağırıb.

Ucnoqta.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin özünün X sosial səhifəsində yerləşdirilən açıqlamada deyilir.

“Bu gün Cəmşid Şarmaxdın İran rejimi tərəfindən öldürülməsindən sonra İranın nümayəndəsi dərhal Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb”.
Almaniya Xarici İşlər Nazirliyi İran hakimiyyətinin hərəkətlərinə kəskin etirazını bildirib və “sonrakı tədbirlər görmək hüququnu özündə saxlayır”.

Qeyd olunur ki, xarici işlər naziri Berbok daha sonra Almaniyanın Berlindəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Xəbər xətti