Rusiya və Küveyt hakimiyyəti viza rejiminin yumşaldılmasına qərar verəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Küveytin xarici işlər naziri Abdulla əl-Yəhya ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Biz viza rejiminin yumşaldılması ilə bağlı əlavə qərar qəbul edəcəyik" - Lavrov qeyd edib.