İran İsrailin zərbəsindən sonra nüvə silahının yaradılmasından imtina siyasətinə sadiq qalmağa davam edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
“Kütləvi qırğın silahları ilə bağlı mövqeyimiz çox aydındır və dəyişməz olaraq qalır: ölkəmizin ali dini-siyasi hakimiyyətinin fətvasına və sağlam düşüncəyə əsaslanaraq, biz nüvə proqramımızı hərbi istiqamətə keçirmək niyyətində deyilik” - o, mətbuat konfransında bildirib.