Ermənistan hökuməti 2025-ci ildə müdafiəyə 1,7 milyard dollardan çox pul xərcləmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı maliyyə naziri Vahe Hovhannisyan deyib.
“Müdafiə sektorunun xərcləri 664,7 milyard dram (1,7 milyard dollardan çox) təşkil edəcək ki, bu da 2024-cü ilin xərclərini 20 faiz üstələyəcək, nəticədə müdafiə xərcləri ÜDM-in 6 faizini təşkil edəcək.
Bu, büdcəmizin ən mühüm maddəsidir, bizim bütün qüvvələrimiz burada cəmləşib” - nazir qeyd edib.
Maliyyə naziri onu da qeyd edib ki, 2024-cü ildə ölkədə 5,8% iqtisadi artım qeydə alınacaq, 2025-ci ildə isə 5,6% qeydə alınması planlaşdırılır.
///tass