Türkiyədə İŞİD-lə əlaqəsi olan 200-dən çox şübhəli saxlanılıb

11:13 - 28 Oktyabr 2024 - DÜNYA

Türkiyə xüsusi xidmət orqanları “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 216 nəfəri saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya X-də yazıb.

“İŞİD terror qruplaşmasına qarşı 45 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 216 nəfər saxlanılıb”, - nazir qeyd edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, il ərzində respublikada terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 mindən çox insan saxlanılıb.

Xəbər xətti