İran ona qarşı yönəlmiş istənilən təcavüz aktına cavab verəcək.
Ucnoqta.az xəbər verir ki, bunu ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
“Tarix göstərir ki, biz heç vaxt müharibəyə başlamamışıq, İran-İraq müharibəsi belə bir siyasətin bariz nümunəsidir.
Biz təcavüz aktına elə cavab verəcəyik ki, istənilən təcavüzkar etdiyi əmələ görə peşman olsun”, – o, Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.